14.09.2025, 07:53
AZ EN
26.08.2025, 15:10 235

Doğma Laçında çalışmaq qürurvericidir

ŞƏRQİ ZƏNGƏZUR
  • Şanlı Zəfər tariximizə öz adını yazdıran igidlərimizdən biri də Bəxtiyar Həsənovdur.

Laçın şəhərində məskunlaşdıqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunan Bəxtiyar hazırda Əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində çalışır.

Bəxtiyar Həsənov deyir ki,  mən Bakıda böyüsəm də, əslən Laçın rayonundanam.  Laçının füsunkar təbiəti, əsrarəngiz gözəliyi haqqında ümumiyyətlə, biz evdə valideynlərimizdən, böyüklərimizdən eşitmişik. Bu gün biz Laçında, həqiqətən, deyilən sözlərin nə dərəcədə doğru olduğunu görürük:

“Mən özüm də İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam.  Laçının azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşam. Vətən müharibəsindən sonra biz hal-hazırda öz ailəmizlə bir yerdə Laçına köçmüşük və bizə evimiz təqdim olunub. Laçına köç etdikdən sonra Dövlət Məşğulluq Agentliyinə  iş üçün müraciət etdim. Agentlik də məni  Laçında keçirilən  Əmək Yarmarkasına yönləndirdi. Mən Əmək Yarmarkasında iştirak etdim və orada Laçın İstirahət Kompleksinin vakansiyaları ilə tanış oldum. Dövlət Məşğulluq Agentliyinin göndərişi ilə  Laçın İstirahət Kompleksinin  müsahibəsinə dəvət olundum. Burada müsahibədən  uğurla keçdim. Hal-hazırda Laçın İstirahət Kompleksində Əməyin mühafizəsi üzrə mühəndiz vəzifəsində çalışıram. Həm müştərilərimizin, həm  işçilərimizin təhlükəsizliyini təmin edirik. Potensial olan təhlükələri  minimuma endiririk,  üzə çıxan risklərin qiymətləndiririk və həmin o  qiymətləndirmə zamanı biz təhlükələri minimuma endirib iş yerində  təhlükəsiz qaydalarına riayət etmiş oluruq.  Doğma Laçında çalışmaq həqiqətən də qürurvericidir”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər