16.06.2025, 05:18
AZ EN
12.01.2025, 13:28 251

Zəngilanda irigövdəli ağacın aşması nəticəsində bağlanan magistral yolda hərəkət bərpa edilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu km-də irigövdəli ağacın aşması və nəticədə magistral yolun bağlanması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacı hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR