23.11.2024, 12:20
AZ EN
20.09.2024, 14:53 248

Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib

ŞƏRQİ ZƏNGƏZUR
  • Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti Zəngilan rayonunun Ağalı kəndində əhali üçün tibbi xidmətlər göstərib.

Bu barədə nazirlikdən məlumat verilib.

İnstrumental-diaqnostik müayinələr İnstitutun xüsusi təchiz olunan Səyyar klinikasında aparılıb. Tibbi avadanlıqların tam dəsti ilə təchiz edilən klinikalar modul avadanlıq konsepsiyası sayəsində mobil təcrübə müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Belə ki, bu klinikalar ucqar ərazilərdə yaşayan əhali üçün müxtəlif diaqnostik prosedurlardan başlayaraq, ilkin tibbi yardım göstərməyə qədər istifadə edilir.

Aksiya zamanı ETAXI-nin pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edərək, ağciyərin flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, USM müayinəsi, spirometriya və qan qazının öyrənilməsi həyata keçirilib.

Həmçinin vərəm üçün (bəlğəm analizi və latent vərəm infeksiyasının diaqnostikası üçün dəri testləri) ixtisaslaşdırılmış müayinələr aparılıb.

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. (Report)

Oxşar xəbərlər