16.06.2025, 22:18
AZ EN
16.09.2024, 12:32 376

Laçın rayonunun Sus kənd tam orta məktəbi illər sonra ilk tədris ilinə başlayıb

ŞƏRQİ ZƏNGƏZUR

 

  • Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov yeni dərs ilinin başlanması münasibətilə Laçının bu gün fəaliyyətə başlayan ilk şagirdlərini təbrik edib onların hər birinə sağlam, xoşbəxt, uğurlu, öz istedadlarını kəşf edəcəkləri və inkişaf etdirəcəkləri uğurlu il arzulayıb.

"Təhsil sizləri gələcəyə hazırlayan, həyatı dərk etməyi öyrədən bilik, bacarıq, dəyər, inanc və vərdişlər qazanılması prosesidir. Təhsilimiz müstəqil, güclü, vətənpərvər, öz milli-mənəvi dəyərlərinə bağlı əsl vətəndaşlar yetişdirir. Bunun nəticəsidir ki, bu gün sizləri doğma Laçının bu gün fəaliyyətə başlayan, ilk şagirdlərini qarşılamağa hazırlaşan Sus kənd tam orta məktəbindən salamlayır, doğma yurdun əbədi və əzəli sakinləri ilə yeni tədris ilinin başlanmasını qeyd edirik.

Bu gün həmçinin birincilərin məktəblə, müəllimlərlə ilk tanışlıq, on birincilərin isə son tədris ilinə başladığı gündür. 2024-2025-ci tədris ili yeni biliklər qazanacağınız, yeni dostluqlar quracağınız, gözəl bir təhsil ili olsun.

Əziz şagirdlər, təhsilə ayırdığınız zaman sizi daha yaxşı bir həyata hazırlayır.  Hər birinizə gözəl öyrənmə təcrübəsi, çalışqanlıq və əzmkarlıqla dolu bir tədris ili arzulayıram",- deyə Fuad Bədəlov əlavə edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR