25.04.2025, 03:41
AZ EN
25.08.2024, 18:33 213

Azad Ağalıda ilk parlament seçkisinə hazırlıq işləri gedir

ŞƏRQİ ZƏNGƏZUR
  • "125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 33 saylı seçki məntəqəsi Zəngilan rayonunun inzibati ərazisi sayılan Ağalı kəndində yerləşir. 800-dən yuxarı seçisi olan seçki məntəqəsinin hüdudları Ağalı kəndini əhatə edir".

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 33 saylı Məntəqə Seçki Komissiyasının sədri Allahverdi Nəcəfov deyib.

O bildirib ki, seçki məntəqəsi artıq ikinci dəfədir səsvermə prosesində iştirak edir. A.Nəcəfov vurğulayıb ki, MnSK üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər. Proses MSK-nın Təqvim Planına əsasən aparılıb.

MnSK sədri VII çağırış Milli Məclisə seçkilərin Zəngilanın işğaldan azad edilməsindən sonra ilk parlament seçkisi olduğunu bildirərək, Ağalı kənd sakinlərinin seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edəcəyinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, seçki məntəqəsində səs verəcək seçiciləır arasında ilk dəfə səsvermə hüququ olacaq gənclər də var. 

Oxşar xəbərlər