ANAMA-dan verilən xəbərə görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimlərin məqsədi Ağalı sakinlərinin kəndin ətrafında fəaliyyət göstərəcəkləri zaman təhlükəsiz davranış qaydaları ilə tanış etməkdir.
2022-ci il 1 iyul tarixindən Bakı şəhərində mərhələli şəkildə başlayan təlimlər ənənəvi olaraq Zəngilan rayonunda davam etdirilir. Təlimlərdə vətəndaşlara mina təhlükəsinin izahı, şübhəli ərazilərin əlamətləri, tanış olmayan ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları, eləcə də təhlükə haqda məlumat vermə istiqamətləri barədə təlimatlar verilir. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşur və posterlər paylanılır.
Hər bir vətəndaş bilməlidir ki, öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə baş verə biləcək bəxbəxt hadisələrdən həm özünü, həm də yaxınlarını qorumuş olacaq. (APA)