Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində agentliyə məxsus avtobus qəzaya uğrayıb:
"Avtobusda olan agentliyin 3 əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər. Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur". (Trend)