Bu sözləri bu gün Laçına köçən şəhər sakini Kifayət Həsənova söyləyib.
“Allah Prezidentimizə cansağlığı versin ki, bizi vətənimizə qaytardı. Böyük tikinti-quruculuq işləri gedir. Laçın çox dəyişib, çox müasir olub, ürəyimizcədir. Evimizin açarlarını da götürdük. Çox gözəl, müasir üslubda tikilmiş evlərdir”, - deyə o əlavə edib. (AZƏRTAC)