Gənclik illərini Laçında keçirən Elnur Abdullayev deyir ki, yeni Laçın yaşam üçün daha uyğundur:
-Həmin dövr üçün müəyyən çatışmazlıqlar var idi. Hansı ki, gənclərin arzu etdikləri müəyyən şeylər var idi ki, o zamanlar arzuları həyatakeçirmək mümkün deyildi, çətinliklər çox idi. Biz o vaxt müəyyən çətinliklər yaşadığımız üçün çalışırıq ki, bu gün müasir, yeni bir Laçın yaradaq. Laçında hal-hazırda idman sağlamlıq mərkəzi qurulur, gənclərin asudə vaxtlarını keçirməsi üçün müəyyən müəssisələr açılır, kino-paviliyon açılır, parklar salınır. Cənab Prezidentimizin də xüsusi tapşırığıdır bununla bağlı aparılan işlər. Nəcəfovlar ailəsində böyükdən kiçiyə hər kəs bu günü böyük coşqu və sevinc hissi ilə qarşılayır.Evin xanımı gözlərinə inanmadığını deyir və əlavə edir ki, Laçın indi daha gözəldir. Yeni və müasir evlərin tikilməsi, yaşamaq üçün burada hər cür şəraitin yaradılması bu deyilənlərin təsdiqidir. Evin böyüyü İsgəndər kişi xəyalını belə qura bilmədiyi evin gerçək olduğuna inana bilmir: “Özümüzə qalsa, Allah gərək bizə 40 il ömür verəydi ki, bunun yarısını heç olmasa yarada bilərdik. Allah Prezidentimiz cənab İlham Əliyevin canını sağ eləsin, Ona uzun ömür versin. Bu cür şərait yaratdığına görə Prezidentimizə minnətdarıq. “Laçında olmaq hissini ancaq yaşayanlar bilir”, bunu isə Emin deyir və əlavə edir ki, görmədiyim, ancaq haqqında eşitdiyim yerləri gəlib görmək başqa şeydir. Şükür Allaha ki, biz bu günləri gördük.
Qeyd edək ki, burada yaxın vaxtlarda iş yerlərinin bəzilərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Laçına dönən insanların işlə bağlı hər hansısa problemi olmayacaq. Hazırda Laçının hər tərəfində Böyük Qayıdışa hazırlıq işləri davam gedir. İyun ayından etibarən daha bir qrup Laçın sakinləri də doğma evlərinə qayıdacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ