08.06.2025, 19:16
AZ EN
16.01.2023, 19:40 342

Kəlbəcər dağ turizminin mərkəzinə çevriləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra  Azərbaycan müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq bu ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir.

Kəlbəcər dağ turizminin mərkəzinə çevriləcək. Şəhərin baş planı dünyanın ən məşhur şəhərlərinə rəqabətli şəkildə layihələndirilir. Digər azad olunan ərazilərimizin baş planında “ağıllı şəhər”, “ağıllı” kənd konsepsiyası və  yaşıl enerji layihələrinin tətbiqi öz əksini tapıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov açıqlamasında bildirib ki, Kəlbəcər dağ turizmin mərkəzi kimi, yəni, biz həmişə təsəvvürümüzdə canlandırdığımız İsveçrənin, Astriyanın dağ turizminin şəhərlərinə bənzər bir yanaşmalarla layihələndirdik. Sözsüz ki, Kəlbəcərin öz özəllikləri, öz xüsusiyyətləri var. Füzuli şəhərinin başqa bir özəllikləri var, yaxınlığında hava limanı var. Şəhərdə uzunömürlülüyün təmin olunduğu şəhərlərdə istifadə olunan yanaşmalar ilk dəfə tətbiq olundu. Cəbrayıl şəhərinin başqa bir üstünlüyü var. Zəngilan şəhərinin yenə hava limanına yaxınlığı onun gələcəkdə bir lagistik mərkəzə çevrilməsinə imkan yaradacaq.

Baş planlarda hər bir ölkənin özünəməxsusluğu, coğrafi şəraiti, tarixi və qədimliyi nəzərı alınıb. Əhalinin sayına uyğun olaraq infrastruktur qurculuğu həyata keçirilir.

Ağdam şəhərinin regional mərkəzə çevrilməsi də bu məqamlara əsaslanır: “İlk dəfə olaraq Ağdam şəhəri yüz minlik şəhər kimi planlaşdırılır. Burada böyük bir sənaye mərkəzi də olacaq, həmçinin Ağdam şəhərində Qarabağ  Universiteti layihələndirilir, böyük idman kompleksləri layihələndirilir”-, deyə sədr müavini vurğulayıb.

Qeyd edək ki, Laçın şəhərinin Həkəri çayına çıxışı da baş planda öz əksini tapıb. Amma maraqlı bir məqam da var. Azad olunan ərazilərdə həyata keçiriləcək bütün işlər karbon emisiyasının sıfır həddə endirilməsini təmin edəcək. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər