Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib. Xidmət rəisi bildirib ki, bu il Kəlbəcər rayonu ərazisində, xüsusilə Dəlidağ zonasında nəcib və əlvan metalların axtarışı və kəşfiyyatı layihəsi üzrə işlərə başlanılıb: “İlkin yerüstü sınaqlaşdırma işləri başa çatdırılıb. Hazırda həmin ərazidə dağ qazmaları həyata keçirilir”. (AZƏRTAC)