"Vətən səsi" xəbər verir ki, “Azərişıq” ASC bununla bağlı keçirdiyi tenderin nəticələrini açıqlayıb. “Kəlbəcər rayonu Zallar, Yanşaq və Çaykənd kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) elektrik veriliş xətlərinin çəkilməsi işlərinin satın alınması” tenderində “SMCS” MMC qalib seçilib. Sifarişçi tərəflə imzalanmış müqavilənin tələblərinə uyğun olaraq, hər üç kəndi elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli şəbəkənin qurulmasına görə təchizatşı şirkətə 4 milyon 542 min 803 manat ödəniləcək.
Ümumilikdə Kəlbəcərdə rayon mərkəzi ilə yanaşı ən ucqar kəndlərdə belə elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Laçın və Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin qurulması da davam edir.
Elxan SALAHOV