22.11.2024, 06:57
AZ EN
18.12.2023, 11:36 314

Qubadlının Xanlıq kəndinin gələcək görüntüsü

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunda, Həkəri çayının sahilində yerləşən Xanlıq kəndi yenidən qurulacaq.

Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, kənd işğal dövründə tamamilə dağıdılıb.

Xanlıq kəndi ərazisində yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən bu il mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR