12.10.2024, 13:03
AZ EN
22.08.2023, 08:35 320

Vüqar İmranov: “Zabux kəndində 223 ev inşa edilir: kənd ilk sakinlərini qəbul etməyə hazırlaşır”

ŞƏRQİ ZƏNGƏZUR
  • Çox sürətlə aparılan bərpa-quruculuq işləri nəticəsində Zabux kəndi artıq sakinlərini gözləyir. Bu barədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov “Real” TV-yə müsahibəsində bildirib. Onun sözlərinə əsasən,  Zabuxda aparılan işlərə təxminən 5 ay öncə start verilib.

“Kənddə 223 fərdi yaşayış evi nəzərdə tutulmuşdur. Hansı ki,  onlardan 53-ü 2 otaqlı, 116-sı 3 otaqlı,  28-i 4 otaqlı,  26-sı 5 otaqlı fərdi həyət evlərindən ibarətdir. Zabux çayı sahilində, bildiyiniz kimi, Zabux çayı kəndi iki hissəyə bölür, hər iki sahilində 3200 metr uzunluğunda istinad divarı, sel-sularından qorunması üçün istinad divarı tikilmişdir. Hal-hazırda üzərində gəzdiyimiz 73 metr uzunluqda körpü inşa olunmuşdur. Kənddə çox gözəl, böyük ərazini əhatə eləyən park inşa olunmuşdur”, - deyə Vüqar İmranov bildirib.

Vüqar İmranov vurğulayıb ki,  Zabux kəndində bütün kommunikasiya xəttləri yeraltı həyata keçirilib. Evlərin daxilində istiliyi qorumaq üçün  isə bütün yaşayış evləri termoizoliyasiya olunub. Evlərin damlarında günəş panelləri quraşdırılıb. Bu isə ənənəvi elektrik enerjisi ilə paralel olaraq Zabuxda alternativ enerjidən də istifadə ediləcəyi deməkdir. Qeyd edək ki, kənd tezliklə ilk sakinlərini qəbul etməyə hazırlaşır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər