21.11.2024, 22:41
AZ EN
24.05.2023, 09:26 242

İlhamiyyə Rza: “Qubadlının Zilanlı kəndi bir il yarımı tikilib istifadəyə veriləcək”

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Bərgüşad və Həkəri  çaylarının qovşağında yerləşən Zilanlı kəndi bir il yarıma tikilib təhvil veriləcək. Sonra isə sakinlərin doğma yurdlarına köçürülməsi başlayacaq.  “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti  və İdarəetmə Xidməti” rublik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Pra bildirib ki, Zilanlıya ilk mərhələdə 772 nəfərin köçürülməsi nəzərdə tutulub: “Ərazidə, ümumiyyətlə, tikiləcək evlər 2, 3, 4, 5 otaqdan ibarət yaşayış evləridi və bundan əlavə təkcə yaşayış evləri yox, burda inzibati binalar da nəzərdə tutulur. Məktəb, uşaq baxçası, ailə sağlamlıq mərkəzi, tibb mərkəzi, idman sağlamlıq mərkəzləri, kənd icma klubları. Orda insanların məşğulluğu da nəzərə alınıb”.

80 hektarı əhatə edən layihələndirilmiş ərazidə yerli materiallardan istifadə olunur, tikintinin hər mərhələsində iqlim şəraiti də nəzərə alınır.

İlhamiyyə Rzanın sözlərinə görə, burda kəhrizlərin, çayların çoxluğunu nəzərə alsaq, təsəvvür edin ki, hara baxsan, çay daşları göz oxşayır: “Bütün bunlar demək olar ki, gələcək məskənlərdə istər dizayn etibarilə, istərsə də  tikinti materialı olaraq  bunlar nəzərə alınacaqdır. Həmçinin  Burda iqlim şərtaiti də çox böyük rol oynayır. İqlim şəraiti də binaların görünüşünə sirayət edir. Tutaq ki, əgər orda xüsusi yağntılı yerlərdisə,  həmin yağıntını nəzərə alaraq,  dam örtüklərdən hansı dərəcədə bucağa malik olması deməkdir” .

Ümumiyyətlə, tikinti-quruculuq işləri Qubadlının şəhər mərkəzində, Xanlıq kəndi, Kürdmahruzlu kəndlərində də başlayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər