09.05.2025, 13:16
AZ EN
06.09.2023, 08:45 537

Laçın rayonu, Dambulaq kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Dambulaq kəndi Azərbaycan Respublikasının Laçın rayonunun Şəlvə kənd inzibati ərazi dairəsinə daxildir. Kənd rayonun şimal hissəsində, rayon mərkəzindən 72 km-lik məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən kəndin əhalisinin milli tərkibi Azərbaycan türklərindən ibarət olmuşdur. Dambulaq kəndi Mıxtökən silsiləsinin ətəyindədir. Oykonim eyniadlı bulağın adından götürülmüşdür. Bulağın adı isə dam (üstü örtülü, tikili) və bulaq komponentlərindən düzəlmişdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, arıçılıqdan ibarət idi.

İsa Musayev

Oxşar xəbərlər