19.10.2024, 13:38
AZ EN
28.12.2022, 14:20 398

Ağdamda bayram konserti təşkil edilib

QARABAĞ
  • Ağdam rayonunun Quzanlı qəsəbəsində 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert proqramı təşkil edilib.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid ailələri, qazilər, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. RİH başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək rayon əhalisini və tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, bu əlamətdar günün əhəmiyyətindən, eləcə də xalqımızın birlik və həmrəylik ideyalarından danışıb.

Ağdam Musiqi kollecinin “Qarabağ” instrumental ansamblının ifasında rəngarəng musiqilər səsləndirilib, Ağdam Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanmış səhnəcik tədbir iştirakçılarına təqdim edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər