İsmayılova Xuraman Əbülfət qızı 1957-ci il oktyabrın 31-də Şuşa şəhərində anadan olub. Orta məktəbi Şuşada bitirib və 1975-ci ildə Xankəndi Pedaqoji Universitetinin fizika fakültəsinə qəbul edilib. 1979-cu ildən Şuşada 4 saylı orta məktəbdə müəllim kimi işə başlayıb. Sonra doğma yurddan məcburi köçkün düşən Xuraman xanım başqa ünvanlarda fəaliyyətini davam etdirən Xankəndi və Şuşa məktəblərində çalışıb. Bu gün təqaüddə olan Xuraman İsmayılovanın 44 illik pedaqoji fəaliyyəti var. Hazırda o Şuşada, Əhməd Cavad küçəsində oğlunun ailəsi, iki nəvəsi ilə birgə yaşayır.
Deyir ki, bizə bu gözəl günləri yaşadan şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah can sağlığı versin. Dövlətimizə, qalib Prezidentimizə çox təşəkkür edirəm: “Hər səhər quşların səsinə oyanıram. Buranın yağışı da, çiskini də, dumanı da gözəldi. Şuşada yaşamaq çox gözəldi...
Hər qarış torpağı, hər küçə daşı
Şuşanın tarixdən qalan yaddaşı.
Onun yollarında, sərt qayasında
Heç kim tapa bilməz bircə yad daşı!”
Söhbətləşdi: Mina RƏŞİD