16.12.2025, 16:40
AZ EN
11.12.2025, 17:40 118

Ağdama qayıdan sakinlər üçün məşğulluq imkanları genişlənir

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köç davam edir. Ağdam rayonuna qayıdan sakinlərin sosial rifahının yüksəldilməsi, onların məşğulluğunun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Hazırda qayıdış prosesinə cəlb olunmuş ailələr Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına qoşularaq müxtəlif sahələr üzrə avadanlıq və aktivlərlə təmin olunurlar. Bu təşəbbüs sayəsində sakinlər həm dayanıqlı gəlir mənbəyi qazanır, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verirlər.

Aktivlərlə təmin olunan Ağdam rayon sakini, Vüsalə Əliyeva evdə şirniyyat bişirməklə məşğul olub. Ağdama köçəndən sonra orada da işini davam etdirmək üçün Məşulluğa müraciət edib: "Məşğulluğa un məmulatları avadanlıqları üçün müraciət etdim. Sağ olsunlar. Avadanlıqlarım gətirildi".

Ağdam rayon sakini, Tacirə Əmirova proqramdan yararlanaraq tikiş avadanlıqları əldə etdiyini bildirib: 

“Sexdə işləmişəm, məktəbli paltarları tikirdik. İşsizliklə əlaqədar Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Sağ olsunlar, bizi qəbul etdilər və avadanlıqlarla təmin olunduq.”

Digər sakin Şəfəq Səmədova isə gözəllik salonu üçün müraciət edərək dəstək aldığını deyib: 

"Mən Qadın gözəllik salonu üçün müraciət etmişdim. Avadanlıqlarım gətirildi. Dövlətimizə təşəkkür edirəm".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər