11.09.2025, 03:35
AZ EN
15.08.2025, 08:26 256

Füzulidə yeni ət kəsimi məntəqəsi fəaliyyətə başlayıb

QARABAĞ
  • Füzuli rayonunda yeni ət kəsimi məntəqəsi fəaliyyətə başladı.
    Əhalinin qida təhlükəsizliyi və sanitar gigiyenik qaydalara uyğun heyvan mənşəli ət ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarların üzərinə böyük məsuliyyət düşür.

Ölkə ərazisində heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir ət kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 199 nömrəli, 11 iyun 2018-ci il tarixli heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 500 nömrəli, 29.01.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üzrə Tədbirlər Planına uyğun olaraq Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlar arasında təbliğat-təşviqat işləri aparılmışdır.
Rayon ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə səliqə-səhmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılması məqsədi ilə görülmüş tədbirlərin nəticəsi olaraq Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir orta tutumlu ət kəsimi məntəqəsi tikilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəssisədə istehsal öncəsi aşkarlanmış nöqsanlar aradan qaldırılmış, müəssisə 14 avqust 2025-ci il tarixdən fəaliyyətə başlamışdır.
Müəssisənin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, AQTA-nın Qarabağ regional bölməsinin nəzarət sektorunun baş məsləhətçisi Qabil Məmmədov, aidiyyəti qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. İştirakçılar müəssisədə yaradılmış şərait və müəssisənin fəaliyyəti ilə yaxından tanış oldular. Müəssisənin fəaliyyət istiqamətləri ət istehsalı, emalı və konservləşdirilməsidir (Quş əti istisna olmaqla). Müəssisənin fəaliyyət sahəsi isə təzə, soyudulmuş və dondurulmuş ətin cəmdək və yarımcəmdək şəklində istehsalıdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər