“Anam həmişə Azərbaycanı qardaş ölkə kimi tanıdıb”, - deyə İbrahim Diawara açıqlamasında bildirib.
O, Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində Fransanı təmsil edir və burada olmaqdan məmnunluğunu dilə gətirərək deyib: “Qarabağa dünən gəlmişik. Xankəndi çox gözəl şəhərdir. Əminəm ki, bundan sonra daha da gözəlləşəcək”. (AZƏRTAC)