Yanğın olan ərazilərdə partlamamış sursatlara rast gəlinir.
Ərazinin mina və partlamamış sursatlarla çirklənməsi yanğının söndürülməsi işlərini çətinləşdirir, həmçinin, yanğınsöndürənlər təhlükə riski ilə üzləşir.
Qeyd edək ki, dünən axşam saatlarında Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının söndürülməsi işləri gecə boyu davam edib.
Hazırda alovun qarşısının alınması istiqamətində əməliyyat davam edir. (APA)