11.09.2025, 12:56
AZ EN
15.07.2025, 07:00 253

Qarabağ Universitetində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib

QARABAĞ
  • Qarabağ Universitetində Ombudsman Aparatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Bu barədə universitetin məlumatında bildirilib. Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edərək qonaqları Universitetin rektoru Şahin Bayramovun adından salamlayıb. F.Əhmədov bildirib ki, informasiya əldə etmək hüququnun təmin olunması demokratik cəmiyyətin mühüm göstəricisidir və bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasında vacib rol oynayır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Vüsal Səfərov çıxışı zamanı regionda dövlət qurumlarının fəaliyyətində açıq və şəffaf idarəçiliyin təşviqinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova diqqətə çatdırıb ki, dövlət orqanları və ictimai vəzifə daşıyan qurumlar tərəfindən informasiya açıqlığının təmin edilməsi və bu sahədə hüquqi maarifləndirmə işinin genişləndirilməsi cəmiyyətin dövlətə olan inamını gücləndirir. L.Zeynalova Ombudsman Aparatının bu istiqamətdə sistemli tədbirlər həyata keçirdiyini və informasiya hüquqlarının müdafiəsinə dair nəzarət mexanizmlərini daim təkmilləşdirdiyini əlavə edib.

İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin baş məsləhətçisi Aidə Aslanova İnformasiya hüququnun beynəlxalq standartları mövzusunda, şöbənin aparıcı məsləhətçisi Elvin Hacıyev “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları haqqında təqdimatla, İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova isə İnformasiya əldə etmək hüququnun təmini sahəsində Ombudsmanın fəaliyyəti mövzusunda məruzə ediblər.

Çıxışçılar bildirib ki, informasiya əldə etmək hüququ şəffaf və vətəndaşyönümlü idarəçiliyin əsas dayaqlarından biridir. Bildirilib ki, Ombudsman Aparatı bu sahədə həm hüquqi maarifləndirmə, həm də sistemli monitorinq və təhlil vasitəsilə vətəndaşların informasiya hüquqlarının qorunmasına mühüm töhfələr verir. Məruzələrdə, həmçinin dövlət orqanlarının informasiya açıqlığı ilə bağlı öhdəlikləri və bu öhdəliklərin icrasına nəzarət mexanizmləri barədə də geniş məlumat verilib.

Yekunda “İnformasiya əldə etmək hüququnun müdafiəsi” adlı videoçarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər