Bunu “AzərEnerji” ASC sədrinin müşaviri Vüqar Əliyev deyib.
Onun sözlərinə görə, bu stansiya həm memarlıq, həm də texniki baxımdan müasir standartlara uyğundur: "Hazırda köhnə elektrik xətlərinin köçürülməsi prosesi başa çatır. Şuşadan Xankəndiyə qədər 13 km uzunluğunda yeni elektrik xətti çəkilib, bu xəttin 2 km-lik hissəsi şəhər daxilində yeraltı keçirilib".
Qeyd edib ki, digər bütün xətlərin də yeraltı çəkilişinə başlanılıb: "Müvəqqəti olaraq Xankəndi şöbəsindən Ağdərə və Kəlbəcərə qədər olan elektrik xətləri yenilənib. Gələcəkdə Xankəndidən Ağdama xətt çəkilərək Ağdamdakı qovşaq yarımstansiyaya birləşdiriləcək. Hazırda Xankəndidə iki yarımstansiya fəaliyyət göstərir və onların hər ikisinin modernləşdirilməsi aparılır". (Report)