18.04.2025, 20:43
AZ EN
11.04.2025, 14:49 215

Böyük Qayıdış: Həsənrizdə daha 20 ailəyə mənzillərinin açarları təqdim edilib

QARABAĞ
  • Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Tərtərdən yola salınan ailələr doğma yurdlarına çatıblar.

Köç karvanı ilə Həsənriz kəndinə gələn 72 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndinə bir müddətdir mərhələli şəkildə köç davam edir. Bu gün də daxil olmaqla kəndə 70 ailə ( 238 nəfər ) köçürülüb. Aprel ayının sonunadək daha 40 ailə bura köç edəcək. Kənddə yenidənqurma, tikinti və bərpa işləri də gedir. Həsənriz kəndində bütün sosial və kommunal xidmətlər yenidən qurulub. Kənd fasiləsiz olaraq elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. (AZƏRTAC)

Oxşar xəbərlər