Həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir.
Bu il Xankəndidə Novruz bayramı münasibətilə tonqallar yandırılıb, bayram konserti keçirilib. Bu da Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artımla müşahidə edilir.
Buraya xüsusilə Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaq gəlir. Qonaqlar Xankəndi şəhərinin gəzməli-görməli yerləri ilə də tanış olurlar. (Trend)