O, hazırda "Azərişıq" ASC-də elektrik montyoru kimi doğma Füzulinin sakinlərinə qürurla xidmət edir.
O, bidirib ki, Füzulidən çıxanda 13 yaşım var idi. 30 il Sumqayıtda məskunlaşdıq: "Baxmayaraq ki, mən Füzulidən çıxanda 13 yaşım var idi, amma şəhərimizin bütün cığırları indiki kimi göz önümdədi. Füzuli şəhəri yenidən qurulur, sürətlə inkişaf edir. 8 aydır ki, Füzuli şəhərinə köçmüşük. Mən Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. "Azərişıq" ASC məni qəbul etdi. İndi burda çalışıram. Əhalinin dayanıqlı enerjisinin təmin edilməsində xidmət göstərirəm. Bu gün biz bu torpaqda yaşayırıqsa, qurub yaradırıqsa, buna görə şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq. Allah dövlət başçımızı qorusun. Ordumuzu qorusun".
Tahirə AĞAMİRZƏ