19.10.2024, 11:29
AZ EN
03.10.2024, 11:50 211

Qarabağ Universitetinin rektoru Mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirib

QARABAĞ
  • Qarabağ Universitetinin rektoru Şahin Bayramov Mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirib

Görüşün keçirilməsində məqsəd tələbələri təhsil aldıqları ali təhsil müəssisəsinin tarixi əhəmiyyəti barədə məlumatlandırmaq, universitetin və burada təhsil alan tələbələrin qarşısında duran hədəfləri diqqətə çatdırmaqdan ibarətdir.

Rektor əvvəlcə görüş iştirakçılarını tələbə adını qazanmaları münasibətilə təbrik edib və onlara öz tövsiyələrini verib. Ş.Bayramov tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün yaradılan imkanlardan danışaraq, onların inkişafı üçün universitetdə bütün şəraitin yaradıldığını vurğulayıb.

Görüşün sonunda tələbələr tədris prosesi barədə öz fikir və təkliflərini səsləndiriblər.

Universitetin verdiyi məlumata görə, bu istiqamətdə görüşlərin mütəmadi olaraq müxtəlif formatlarda həyata keçirilməsi nəzərdə tutulur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər