14.03.2025, 22:09
AZ EN
26.02.2025, 17:42 137

Qarabağ Universitetinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

QARABAĞ
  • Qarabağ Universitetinin təşkilatçılığı və Qarabağ Regional Təhsil İdarəsinin dəstəyi ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, həmçinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə açıq elan edilib.

Tədbirdə Qarabağ Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Universitetin Tələbələrlə iş mərkəzinin direktoru İradə Süleymanova, Filologiya kafedrasının müdiri Əzizağa Nəcəfov, müəllimlər və tələbələr iştirak ediblər.

Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov açılış nitqi ilə çıxış edərək Xocalı faciəsinin iştirakçısı kimi öz xatirələrini bölüşüb.

Çıxış edənlər vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. Bildirilib ki, övlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qisasının alındığını bir daha sübuta yetirdi. Qeyd edilib ki, Böyük Qayıdışla əlaqədar yeni fəaliyyətə başlayan təhsil müəssisələrində keyfiyyətli tədrisin təmin edilməsi prioritet hesab edilir və bu istiqamətdə təhsilalanların nailiyyətlərinin artırılması üçün müvafiq tədbirlər görülür.

Sonda Xocalı faciəsinə və Zəfər tarixinə dair videoçarx təqdim edilib, tələbələr tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər