23.02.2025, 01:29
AZ EN
22.02.2025, 14:13 190

Şuşa şəhəri istiliklə necə təmin edilir?

QARABAĞ
  • Şuşa şəhərinə bir neçə gündür qar yağır.

“Azəristliktəchizat” ASC-dən bildirilib ki, işğaldan azad olunan ərazilərdə xüsusilə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində istilik infrastrukturunun optimallaşdırılması, istilik sistemlərinin səmərəli işləməsi istiqamətində mühüm işlər görülməkdədir.

"Şuşa şəhərində Cəmiyyətə məxsus olan 7 qazanxana fəaliyyət göstərir. Hər bir qazanxananın ümumi gücü 8110 kVt/saat təşkil edir ki, bu da şəhərin istilik təchizatı üçün lazımi gücü təmin etməyə imkan verir.
2024-2025-ci illər payız-qış mövsümü ərzində ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı bina fasiləsiz olaraq istilik enerjisi və isti su ilə təmin edilməkdədir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC Bakı şəhəri və respublikanın regionlarında balansında olan 554 qazanxana vasitəsi ilə 3871 yaşayış binasının, 185 mindən çox mənzilin istilik enerjisi ilə təminantını həyata keçirir. (Trend)

Oxşar xəbərlər