Yarmarkada milli və beynəlxalq brendlər, habelə yerli sahibkarlar tərəfindən təqdim olunan müxtəlif məhsullar sərgilənir. Ziyarətçilər buradan bayram üçün hədiyyələr, dekorativ əşyalar, dadlı qidalar və digər məhsullar əldə edə bilərlər. Tədbir zamanı həm uşaqlar, həm də böyüklər üçün əyləncəli proqramlar, musiqili çıxışlar nümayiş etdirilib.
Yarmarka yanvarın 13-dək fəaliyyət göstərəcək və hər gün müxtəlif sürprizlərlə ziyarətçiləri sevindirəcək. Hər kəs bu xüsusi bayram atmosferinin bir parçası olmağa dəvət olunur. Vətənə bayram yaraşır! (AZƏRTAC)