25.12.2024, 05:13
AZ EN
24.12.2024, 15:54 227

Qarabağ Universitetini təmsil edən “Karabagh U:1” komandası müvəffəqiyyətlə çıxış edərək növbəti tura vəsiqə qazanıb

QARABAĞ
  • Qarabağ Universitetinin Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri “ICPC Azerbaijan” Çempionatı çərçivəsində Gürcüstanda keçirilən “Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsində” iştirak ediblər.

Mühəndislik fakültəsinin tələbələri Məhəmməd Həsənov, Emil Xanquliyev və Cahangir Məmmədov yarışlarda Azərbaycan komandaları arasında ilk 10-luqda yer alaraq müvafiq sertifikatla mükafatlandırılıblar.

Nəticədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 200-ə yaxın komandanı birləşdirən yarışlarda Qarabağ Universitetini təmsil edən “Karabagh U:1” komandası müvəffəqiyyətlə çıxış edərək növbəti tura vəsiqə qazanıb.

Qeyd edək ki, çempionat çərçivəsində “Cənubi Qafqaz Açıq Çempionatı”nın şəxsi yarışı da keçirilib. Mühəndislik fakültəsinin tələbəsi Məhəmməd Həsənov 5 saat ərzində 2 alqoritmik məsələnin proqramını tərtib edərək avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirib. Tələbənin uğurlu çıxışı çempionatın sertifikatı ilə mükafatlandırılıb.

Xatırladaq ki, 23 dekabr tarixində Qarabağ Universitetinin rektoru Şahin Bayramov yarışda iştirak edən tələbələrlə görüşərək onları təbrik edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər