23.12.2024, 14:37
AZ EN
23.12.2024, 10:07 245

Qarabağ Universitetində “Məhəmməd Füzulinin yaradıcılığında insan və təbiət problemi” mövzusunda dəyirmi masa keçirilib

QARABAĞ
  • Qarabağ Universitetində Pedaqoji fakültənin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə “Məhəmməd Füzulinin yaradıcılığında insan və təbiət problemi” mövzusunda dəyirmi masa keçirilib.

Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov tədbiri giriş sözü ilə açaraq sözü tədbirin moderatoru Filologiya kafedrasının müdiri Əzizağa Nəcəfova verib.

Dəyirmi masada üç əsas məruzə dinlənilib. Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Aygün Quluzadə “M.Füzulinin yaradıcılığında təbiət leksikası”, İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Aysel Namazova “M.Füzulinin “Bağǝ girdim, sǝri-kuyin anıb ǝfğan etdim” qəzəlində təbiət hadisələrinin bədii təcəssümü”, İqtisadiyyat fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Elnur Cabbarlı “M.Füzulinin “Üçündür” rədifli qəzəlində təbiət bədii təsvir vasitəsi kimi” mövzularında məruzə ediblər.

Daha sonra gənc tədqiqatçıların elmi məsləhətçiləri Filologiya kafedrasının müəllimləri Nahidə Həsənova, Zəminə Ziyayaeva və Aynur Nəcəfova çıxış edib, müasir gəncliyin klassik ədəbiyyata innovativ yanaşmasının əhəmiyyətindən söhbət açıblar.

Dəyirmi masa məruzələr ətrafında fikir mübadiləsi ilə davam edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər