Tədbirdə aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Ağdam rayon təşkilatının sədri, polkovnik-leytenant Elşən Zeynalov, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Birinci Qarabağ müharibəsi zamanı şəhidlərimizin qəhrəmancasına döyüşməsindən və bu müqəddəs yolda canlarını fəda etməsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən bəhs ediblər.
Hazırladı: Mina RƏŞİD