Zəfər Həftəsi çərçivəsində təqdim olunan tamaşa 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin dördüncü ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Kompozisiya Xalq artisti Şükufə Musayeva, əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov və digər tanınmış aktyorların ifasında Azərbaycan və Türkiyənin görkəmli şairlərinin vətənpərvər mövzulu şeirləri əsasında təşkil olunub.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur.
Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrı Qarabağ Universitetinin səhnəsində çıxış edən ilk dövlət teatrıdır.
Tahirə AĞAMİRZƏ