Əli Rüstəmzadə əlavə edib ki, universitetdə ixtisas fənnləri ilə yanaşı, müasir zəmanənin tələblərinə cavab verən qeyri-ixtisas fənnləri də tədris olunur: “Mən xüsusən ixtisasıma görə vaxtımın çoxunu kitabxanada keçirirəm. Universitetimiz tərəfindən də bu imkan yetərli qədər yaradılır. Təkcə mən yox, digər tələbələr də boş vaxtlarında, gün ərzində kitabxanada bizim üçün yaradılan səmimi mühitdə, istər qrup şəkildə, istərsə də təyin olunmuş oxu zallarında vaxtlarını səmərəli keçirə bilərlər. Ümid edirəm ki, mən və digər tələbə yoldaşlarım yaradılan bu imkanlardan maksimum dərəcədə yararlanaraq, ölkəmiz üçün faydalı mütəxəssis kimi yetişəcəyik”,- deyə o bildirib.
Tahirə AĞAMİRZƏ