Bu sözləri Macarıstanın “Bizim vətənimiz” (Mi Hazank) partiyası sədrinin müavini, Macarıstan Milli Məclisinin deputatı İştvan Apati işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri zamanı deyib.
Macarıstanlı deputat qeyd edib: “Kiçik bir analoq aparmaq və Azərbaycan xalqını macarlarla müqayisə etmək istəyirəm. Bizim tariximizdə hər şeyi yenidən başlamaq məcburiyyətində olduğumuz bir neçə məqam olub. Amma biz ruhdan düşməmişik. Həmişə möhkəm iradəmiz, yeni başlanğıc üçün enerjimiz olub. İndi burada gördüklərim onu deməyə əsas verir ki, sizin də yolunuza çıxan bütün çətinliklərə və maneələrə rəğmən rekonstruksiya işlərinə başlamaq və bu şəhəri yenidən dirçəltmək üçün özünüzdə güc tapmışınız”. (AZƏRTAC)