09.06.2025, 00:42
AZ EN
14.06.2024, 17:04 315

Ağdamda 17 iyun - Tibb işçilərinin peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib

QARABAĞ
  • Ağdam Rayon Heydər Əliyev Mərkəzində 17 iyun - Tibb işçilərinin peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəqani Nəzərov, “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Canəli Nəbiyev və səhiyyə işçiləri iştirak etmişlər. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.

Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov səhiyyə işçilərini təbrik edərək Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolundan, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar nəticəsində milli səhiyyə sistemimizin sürətlə müasirləşməsindən bəhs etmişdir.

Tədbirin sonunda rayon əhalisinə göstərdikləri nümunəvi tibbi xidmətlərə görə bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən mükafatlandırılıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər