ANAMA Aqrar Sığorta Fondunun və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin əməkdaşlarını, eləcə də heyvandarlıq və bitkiçilik sahəsi üzrə müstəqil aqrar sığorta ekspertlərini maarifləndirib.
Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərə kənd təsərrüfatı fəaliyyəti ilə bağlı səfər edəcək aqrar sığorta ekspertlərinə əsas təhlükəsizlik qaydaları barədə məlumat verilib, maarifləndirici video təlimatlar nümayiş olunub, xəbərdaredici qaydalar əks olunan broşürlar paylanılıb. (Report)