Bu sözləri Ağdamda Küveytdən gəlmiş səyyah Bader Alşuaib söyləyib.
Qarabağ bölgəsinə ilk dəfə səfər etdiyini bildirən küveytli səyyah deyib: “Mən tarixi öyrənmək üçün buradayam. Buranın keçmişini gördüm və indi gələcəyinin necə olacağının az da olsa təsəvvür edirəm. Burada gördüyüm odur ki, Azərbaycan hökuməti bu regionda daha parlaq gələcək qurur. Əgər investisiya şirkətləri buradakı turizm sektoruna maraq görsətsələr, əminəm ki, regionda turizmi inkişaf etdirmək üçün yaxşı potensial var”. (AZƏRTAC)