Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib. Baş katib bildirib ki, müsbət cavab olduğu halda keçidin reallaşması üçün lazımı addımlar atılacaq: "Hələ də gözləyirik, heç bir cavab gəlməyib. Hər hansı müsbət cavab olduğu halda bu və ya digər şəkildə keçidin reallaşması üçün lazımı addımlar atacağıq. Yəni bütün lazımı danışıqlar aparılıb, sənədlər təqdim olunub. Hazırda gözləyirik". (APA)