19.10.2024, 15:32
AZ EN
19.07.2023, 11:12 217

Suqovuşan və Talış kəndlərində keçirilən təlimlərdə 200 nəfər iştirak edib

QARABAĞ
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə ölkəmizin işğaldan azad olunmuş ərazilərində əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbəti belə tədbirlər Tərtər rayonunun Suqovuşan və Talış kəndlərində keçirilib.

Tədbirlərdə həmin ərazilərdə fəaliyyət göstərən 6 müəssisənin 200 nəfərədək rəhbər və işçi heyəti iştirak edib. Onlara “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında ətraflı məlumatlar verilib, sualları cavablandırılıb.

Həmçinin iştirakçılara həmin mövzularda yaddaş kitabçası və bukletlər təqdim edilib.

İşğaldan azad olunmuş digər ərazilərdə eyni mövzularda təlimlərin keçirilməsi qarşıdakı dövrdə də davam etdiriləcək. (AZƏRTAC)

Oxşar xəbərlər