Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, kütləvi-informasiya vasitələrinin nümayəndələri həmin ərazilərdəki tibb müəssisələrində yaradılan şəraitlə tanış olub, hərbi həkimlərin fəaliyyətini izləyib, çəkilişlər aparıb, həmçinin tibb personalı və müalicə olunan hərbçilərlə həmsöhbət olublar.
Hərbi tibb personalı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində tibb müəssisələrində yaradılan şəraitdən razı qaldıqlarını ifadə edib, hərbi qulluqçular isə həkimləri peşə bayram münasibətilə təbrik edərək onların peşəkarlığı, apardıqları müayinə və müalicə prosedurları barədə xoş sözlər söyləyiblər. ("AZERTAC")