03.05.2025, 18:50
AZ EN
24.04.2023, 18:43 254

Xankəndi-Laçın yolunda sülhməramlıların 63 avtomobili maneəsiz keçib

QARABAĞ
  • Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, sülhməramlılara məxsus daha 3 avtomobilin Laçından Xankəndi və əks istiqamətə maneəsiz hərəkət etməsinə şərait yaradılıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 63-ə çatıb. (Report)

Oxşar xəbərlər