Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus bir minik, 36 təminat-təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz keçib. Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. (AZƏRTAC)