21.11.2024, 20:27
AZ EN
29.04.2022, 17:30 566

İran səfirliyinin əməkdaşı: Dini-mənəvi yerləri, dini abidələri bu hala salanlar insanlıqdan uzaqdırlar

QARABAĞ
  • Ağdamda gördüklərimdən çox kədərləndim. Burada dini-mənəvi ziyarətgahlar dağıdılıb. Bu yerlər təkcə Azərbaycan üçün deyil, bəşəriyyət üçün də önəmlidir. Xurşidbanu Natəvanın qəbirüstü abidəsi, Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini gördüm, hamısı pis vəziyyətə salınıb.

Bu sözləri Ağdama səfər edən İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan deyib.

“Gələn ay Bakıda seminar keçiriləcək, burada gördüklərimi orada deyəcəyəm. Bildirəcəyəm ki, bu, barbarlıqdır. İnsanın dini-mənəvi yerləri, dini abidələri bu hala salına bilməz. Bunu edənlər insanlıqdan uzaqdırlar. İnşallah, bu məscidlər, abidələr, məkanlar tezliklə bərpa olunar, dost ölkə olan İran da bu işlərdə iştirak edər. Arzu edirəm ki, bu yerlərə növbəti səfərimdə Ağdam məscidinin, Xurşidbanu Natəvanın qəbrinin, digər məkanların əvvəlki görkəminə qaytarıldığını görüm”, - deyə o əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər