19.09.2024, 04:18
AZ EN
04.04.2023, 19:15 205

Dövlət başçısı: "Öz həyatını təhlükəyə ataraq gecə-gündüz çalışan minatəmizləyənlərin fəaliyyətini yüksək qiymətləndirirəm"

XƏBƏRLƏR
  • "Mən öz həyatını təhlükə altına ataraq gecə-gündüz çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirirəm".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında deyilir.

"Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Müasir texnologiyalara əsaslanan humanitar minatəmizləmə və mina sahəsində maarifləndirmə bu işlərin tərkib hissəsidir. Dünyada mina terroruna son qoymaq üçün beynəlxalq səylər artırılmalıdır”, - dövlət başçısı qeyd edib.("Report")

Oxşar xəbərlər