Bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata müsahibəsində deyib.
“O vaxt hələ fəaliyyət göstərmək istəyən Minsk qrupu iflic vəziyyətində idi. Onlar bilmirdillər nə etmək lazımdır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində addımlar atmışdı və ərazi bütövlüyünü bərpa etdi. O zaman Azərbaycan baxışlarını ortaya qoydu və dedik ki, boşluq çox davam edə bilməz. Bundan sonra da cavab gəlmədi və biz məlum beş prinsipi təklif etdik və onun əsasında sülh sazişi mətnini hazırladıq. Danışıqlar prosesi bunun üzərində başladı. Amma danışıqlar hamar getmirdi”. (Report)