15.03.2025, 05:33
AZ EN
30.09.2022, 10:05 319

NATO-nun Bakıda keçirilən kursu başa çatıb

XƏBƏRLƏR
  • NATO-nun ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) sentyabrın 29-da bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir iştirakçılarına kursun yekunlarına dair brifinq təqdim olunub.

Kurs zamanı dinləyicilər iki qrup üzrə İT (İnformasiya texnologiyası) infrastrukturunun və OCC E&F proqram təminatının qurulması, idarə edilməsi, eyni zamanda, proqram təminatı vasitəsilə OCC E&F tədbirlərinin planlama və qiymətləndirmə tapşırıqlarını icra ediblər.

Tədbirin sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR