22.11.2024, 07:50
AZ EN
12.11.2024, 17:04 176

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşüb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Söhbət zamanı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq və harmoniya şəraitində yaşamaları məmnunluqla qeyd olundu.

Dövlətimizin başçısı vurğuladı ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, eyni zamanda, bizim həyat tərzimizdir.

Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycanda ikinci Katolik kilsəsinin layihələndirilməsi və tikilməsi prosesinə görə təşəkkürünü bildirdi. Bu, ölkəmizdə multikulturalizmə və dinlərarası dialoqa verilən töhfənin nümunəsi kimi dəyərləndirildi.

Prezident İlham Əliyev qədim xristian irsi olan Alban irsinin də Azərbaycanda dövlət tərəfindən qorunduğunu dedi və ölkəmizin ən erkən və qədim xristian icmalarının yaşadığı məkan olduğunu vurğuladı.

Görüşdə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Vatikanda və dünyanın müxtəlif regionlarında xristian irsinin bərpasına verdiyi töhfə yüksək qiymətləndirildi.

Azərbaycan ilə Vatikan arasında əlaqələrdən məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR